Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşdığı "Zirə" ilə matçdan sonra bir günlük istirahətə buraxılan "Sumqayıt" bu gündən etibarən "Sabah"la oyun üçün hazırlığa başlayıb. Matc.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da məşqə çıxıb.
 
Məşqin ilk yarım saatını fitness zalında keçirən komanda daha sonra isə meydançada toplu çalışmaları yerinə yetirib. ümumilikdə 1.5 saat davam edən hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.
 
Qeyd edək ki, "Sabah" - "Sumqayıt" qarşılaşması 10 noyabr, saat 16:30-da "Bank Respublika Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest