"Tottenhem"in qapıçısı Uqo Lyoris əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, qolu qırılan Fransa millisinin üzvü sol dirsəyindən əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi və dirsəyin əvvəlki yerinə düşdüyü bildirilib. Ancaq 32 yaşlı qapıçı yalnız gələn ilin yanvarından etibarən məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Uro Lyoris Premyer Liqanın VIII turunda "Brayton"la (0:3) görüşdə zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest