"Tiqrudja, Xulyo zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq"

Azərbaycan Premyer Liqasında XI turun "Qarabağ" – "Zirə" (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib...
 
- Futbolçular yaxşı mübarizə apardı. "Qarabağ"dan xal almq qələbəyə bərabərdi. Komandada özgüvəni gördüm. Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq.
 
- Zədəlilərinizin durumu necədi? Fasilədən necə istifadə etməyi planlaşdırırsız?
- Zədələr çoxdu. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest