11 Noyabr 2018, 12:05
FUTBOL
PSV Hollandiya çempionatları tarixində yeni rekorda imza atıb. Matç.az saytı xəbər verir ki, Eyndhoven təmsilçisi startda ardıcıl 12-ci qələbəsini qazanıb.
Bu rekord "De Qraafşap"la səfər oyununda rəsmiləşib. PSV bu matçda 4:1 hesablı qələbə qazanıb.
Mark van Bommelin yetirmələri bununla da "Ayaks"ın rekordunu arxada qoyub. PSV-yə qədər startda ən çox qələbə qazanan komanda olan amsterdamlılar 1997/98 mövsümündə 11 matçda xal itirməmişdi.
Qeyd edək ki, Hollandiya çempionatları tarixində ümumilikdə ən uzun qələbə seriyası da PSV-yə məxsusdu. Bu komanda 1987/88 mövsümünün gedişində ardıcıl 17 dəfə qalıb gəlib.