12 Noyabr 2019, 10:39
MPL
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. Bu, XI turun "Sabah" - "Sumqayıt" görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub.
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. Matc.az xəbər verir ki, bu, XI turun "Sabah" – "Sumqayıt" görüşünə təsadüf edib.
Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub. ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdi.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən "Keşlə" – "Qarabağ" oyununda (0:1) İsmayıl İbrahimli vurub.