"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası müəyyənləşib. Bu mövsüm ilk dəfə siyahıya düşən oyunçular olub. Belə ki, Anar Nəzirov, Yusif Nəbiyev, Ülvi İsgəndərov və Roman Hüseynov ilk dəfə simvolik komandaya düşüb.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bu mövsüm ilk dəfə siyahıya düşən oyunçular olub.
Belə ki, Anar Nəzirov, Yusif Nəbiyev, ülvi İsgəndərov və Roman Hüseynov ilk dəfə simvolik komandaya düşüb. ümumiyyətlə, 11 oyunçudan 8-i "Qəbələ"ni təmsil edib.
Qapıçı: Anar Nəzirov – 250 ("Qəbələ")
Müdafiəçilər: Yusif Nəbiyev - 257 ("Qəbələ"), Anton Krivotsyuk – 282 ("Neftçi")-2, Franko Flores - 278 ("Keşlə")-4, Qismət Alıyev - 245 ("Qəbələ")-2
Yarımmüdafiəçilər: ülvi İsgəndərov – 247 ("Qəbələ"), Merab Qiqauri - 319 ("Qəbələ")-3, Fernan Lopez - 308 ("Qəbələ")-2, Roman Hüseynov – 250 ("Qəbələ")
Hücumçular: Davit Volkov - 313 ("Qəbələ")-3, Əmir Ağayev - 309 ("Sumqayıt")-2
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm "InStat" indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.