11 Noyabr 2018, 16:09
FUTBOL
Qazaxıstan çempionatında sonuncu – XXXIII turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu "Astana" mövsümün son çempionat oyununu evdə keçirib.
çempionluğu xeyli əvvəldən təmin edən Astananın eyniadlı təmsilçisi "İrtış"la qarşılaşıb. Meydan sahibləri rəqibini 4 cavabsız qolla darmadağın edib – 4:0.
Oyunu ehtiyat oyunçular skamyasında başlayan Almeyda matçın 80-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, hesabında 24 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət olan "Astana" çempionatı 77 xalla başa vurub. Mövsümün gedişində klubla anlaşan Riçard cəmi 8 çempionat oyununda 440 dəqiqə meydanda olub və 1 qola imza atıb.