Türkiyənin "Beşiktaş" klubu hücum xəttini tanınmış futbolçu ilə gücləndirmək niyyətindədi. Matç.az saytı xəbər verir ki, İstanbul təmsilçisi meksikalı hücumçu Xavyer Ernandesə elçi düşüb.

İngiltərədə "Vest Hem"in şərəfini qoruyan çiçarito ləqəbli hücumçu artıq qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Beşiktaş" futbolçuya kifayət qədər cəlbedici təklif göndərib.

Lakin İstanbul klubu transfer üçün də tələsmir. Türkiyəlilər hücumçunu əvvəl yarımmövsümlük icarəyə götürməyi planlaşdırır ki, yalnız meksikalı özünü doğrultduqdan sonra keçidi həll etsin.

Qeyd edək ki, çiçarito Meksika millisində 105 oyunda 50 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest