11 Noyabr 2018, 17:36
FUTBOL
Topaz Premyer Liqasının XI turunun "Qəbələ" – "Qarabağ" oyunundan əvvəl əlamətdar hadisə baş verib. Matç.az saytının Qəbələ şəhər stadionundakı qarşılaşmaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, meydan sahiblərinin futbolçusu ürfan Abbasova xüsusi forma hədiyyə edilib.
üzərində 200 rəqəmi əks olunan geyim müdafiəçinin klubda bu sayda oyun keçirməsini ifadə edir. "Qəbələ"nin tarixində ən çox matça çıxan futbolçu ünvanının sahibi olan Abbasov 200-ə ötən turun "Sabah"la görüşündə çatıb.
Qeyd edək ki, ürfan çempionatda 162, Azərbaycan kubokunda 23, UEFA Avropa Liqasında 15 dəfə şans qazanıb.