12 Noyabr 2018, 01:56
FUTBOL
Portuqaliya çempionatında X tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sportinq" öz meydanında "Şaviş"lə qarşılaşıb.
Lissabon təmsilçisi ev oyununda 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qollarını 23-cü və 86-cı dəqiqələrdə Bas Dost vurub.
Qeyd edək ki, 10 turdan sonra 22 xala malik "Sportinq" 2-ci pillədə qərarlaşıb.