"Bizdə olan mərkəz hücumçuları Rocer Roxas və Ulise Diallo eyni səviyyədədi. Roxas çox şans qazana bilmirdi. Bu dəfə məşqdə özünü göstərdi və əsas heyətə düşmək şansı əldə etdi"

"İki fərqli hissə izlədik. İkinci yarıda hər bir kollektivin qələbə qazanmaq şansı oldu. Matçın qırılma anı rəqibin azlıqda qalması və bizim dəyişiklik etməyimiz idi".

Matc.az saytının məlumatına görə bu fikirləri "Sabah"ın məşqçisi Ramin Quliyev Premyer Liqanın XII turunda "Səbail"i səfərdə məğlub etdikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bu gün iki qol vuran Ulise Diallonun günü olub: "Bizdə olan mərkəz hücumçuları Rocer Roxas və Ulise Diallo eyni səviyyədədi. Roxas çox şans qazana bilmirdi. Bu dəfə məşqdə özünü göstərdi və əsas heyətə düşmək şansı əldə etdi. Hər əvəzetmədə baş məşqçi ilə məsləhətləşirik. Məşqlərdə Dialloya deyirdik ki, hücumçusan, hər şeyə hazır olmalısan. Təşəkkür əlaməti olaraq qoldan sonra mənə yaxınlaşdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest