"Qalatasaray"ın baş məşqçisi Fatih Terim əməliyyat olunub. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis sinusit (burun və göz ətrafındakı sümüklərin içində olan boşluqların iltihablanması) əməliyyatı keçirib. Əməliyyatın uğurla keçdiyi və Terimin durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, "Qalatasaray" hazırda Superliqada "Başakşəhər"in ardından ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest