"Zirə" layiqli qələbə qazandı". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasının XII turunda "Zirə"nin qonağı olan komanda meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odu ki, komanda oyuna tam köklənə bilməyib. Bu baş verməli idi. çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs  oldu".

- Penalti epizodu ilə bağlı fikriniz nədi?
- Söz vermişəm ki, hakimlik haqda danışmayacam. Əgər uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdı. Bizə məcbur edilənlər, rəqibə də olmalıdı.

- Kamara çox zəif çıxışı ilə yadda qaldı...
- Düz vurğuladınız. Milliyə gedən futbolçularımız zəif təsir bağışladı. Kamara, Vüsal və Tural çox aşağı səviyyədə oynadı. Bəlkə də, yorğunluq var idi. Turalın problemi məni çox narahat edir. Hər dəfə milliyə gedib-gələndə bu problemi yaşayırıq.

- Sezarın qırmızı vərəqəsi adi epizod idi, yoxsa aqressivliyin nəticəsi?
- Belə hərəkətlər nə hakim, nə də biz tərəfdən bağışlanır. Daxili kodeksə uyğun addım atılacaq.

- Millinin baş məşqçisi postuna sizin də adınız hallanır. Təklif olarsa, cavabınız nə olar?
- Adımın hallanması xoşdu. Amma "Keşlə" ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdı. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdı. İllərlə görüləsi məsələdi. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim.

- Bundan sonra "Sumqayıt" və "Qarabağ"la oyunlarınız var...
- Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda da futbolçulara da xəbərdarlıq edirdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest