"Komanda matça çox yaxşı start götürdü. Ancaq ondan sonra müdafiədə 3 yox, 5 oyunçu ilə qaldılar".

"İlk dəqiqələrdə "Arsenal"ın hücum futbolu sərgiləyəcəyi təəssüratı yarandı. Ancaq bu, bir neçə dəqiqə çəkdi". Matç.az saytının məlumatına görə, bu sözləri "Arsenal"ın əfsanəvi futbolçusu Martin Keoun deyib.

Yerli mətbuata açıqlama verən 52 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Qarabağ" – "Arsenal" qarşılaşmasını dəyərləndirib. 1984-1986 və 1993-2004-cü illərdə "topçular"ın şərəfini qorumuş Keoun komandanın dünənki çıxışından narazılıq bildirib.

Onun fikrincə, baş məşqçi Unay Emeri doğru taktika seçməmişdi: "Komanda matça çox yaxşı start götürdü. Ancaq ondan sonra müdafiədə 3 yox, 5 oyunçu ilə qaldılar. Futbolçular topu çətinliklə ələ keçirirdi, rəqib onlara ciddi problemlər yaşatdı. Sokratis Papastatopulos matçın gedişində sağa meyillənməli, Stefan Lixtştayner isə hücuma çıxmalı idi. Belə daha faydalı olar. Qapıçımız oyunu yaxşı keçirdi, bir neçə dəfə bizi qoldan xilas etdi. Bernd Leno öz işini məharətlə gördü. Əks təqdirdə nəticə başqa cür ola bilərdi. Deyərdim ki, bu sistem işə yaramadı".

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest