Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

"Sumqayıt" – "Qarabağ" oyununda "Sumqayıt"ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüşün 72-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

"Sabah"la oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Səbail"in müdafiəçisi Adil Nağıyev 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

"Zirə" – "Keşlə" matçının 60-cı dəqiqəsində "Keşlə"nin futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest