13 Noyabr 2018, 09:02
FUTBOL
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununa təyinatlar açıqlanıb. Matç.az saytı xəbər verir ki, yığmamızın İsraillə sabah keçiriləcək qarşılaşmasını Belçika və Gürcüstandan olan hakimlər idarə edəcək.
Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək.
Matçın dördüncü hakimi funksiyasını da qonşu ölkə təmsilçisi - Aleko Aptsiauri yerinə yetirəcək.
Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionun 2-ci meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.