Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri olan Vəli Qasımovun bu gün yubileyidi. Belə ki, "Neftçi" ilə yanaşı Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış etmiş, 1992-ci il Rusiya çempionatının ən məhsuldar hücumçusu, hazırda 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Qasımovun 50 yaşı tamam olub. Bu münasibətlə AFFA-nın prezidenti Rövnəq Abdullayev Qasımovla görüşərək əlamətdar yubileyi ilə əlaqədar ölkəmizin futbol ictimaiyyəti adından onu təbrik edib, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb (affa.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest