İngiltərənin "Mançester Yunayted" klubu iki futbolçusunu satmağa qərar verib. Matç.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi qış "transfer pəncərəsi" zamanı iki müdafiəçisi ilə vidalaşmaq niyyətindədi.

Klub rəhbərliyi Markos Roxo və Erik Bayi satmaq fikrindədi. çünki hər iki oyunçu heyətə düşməkdə çətinlik çəkir.

Roxo cari mövsümdə meydana çıxmayıb. Bayi yalnız 6 dəfə şans qazanıb.

Bu oyunçuların satışından əldə olunacaq vəsait yeni transferə xərclənəcək. MY "Tottenhem"dən Tobi Alderveyreld və ya "İnter"dən Milan Şkrinyarı almaq istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest