30 Noyabr 2019, 18:00
MPL
Azərbaycan Premyer Liqasının 13-cü turunun "Qəbələ" - "Zirə" oyunundan (3:0) sonra "qırmızı-qaralar"ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssis bunları söyləyib:
"Bizi çətin oyun gözlədiyini bilirdik. Komandanı da belə qarşılaşmaya hazırlamışdıq. "Zirə" yaxşı futbolçulardan təşkil olunan komandadı. Rəqibin heyətində güclü ifaçılar var. Ona görə ilk dəqiqədən məzmunlu komanda oyunu nümayiş etdirməyə, sonadək konsentrasiyanı qorumağa çalışdıq. ümumilikdə futbolçuların oyunundan razı qaldım. Amma çatışmazlıqlar var və biz onları görürük. çalışırıq ki, hər məşqdə bunun üzərində işləyib aradan qaldıraq. Komandada sabitlik çatmır. Bu da onunla bağlıdı ki, heyət gəncdi, akademiyanın yetirmələrindən qurulub. Amma vaxt keçdikcə bu da aradan qalxacaq. Zamana ehtiyacımız var. Turlar keçdikcə komanda daha məzmunlu oynayır. İbrahima Niasse yeni gəlsə də, o, öz evinə qayıdıb. Burada yaxşı dönəmini keçirib. Onun bizə qoşulmasını mən rəhbərlikdən xahiş etdim. Bu gün yaxşı oynadı. Amma o daha çox kömək edə biləcək futbolçudu. İnanırıq ki, Niasse daha faydalı olacaq".