14 Noyabr 2018, 01:38
FUTBOL
"Milan" ciddi itki ilə üzləşib. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, "rassionerilər"in yarımmüdafiəçisi Cakomo Boneventura zədələnib.
Bu gün onun əməliyyata ehtiyacı olub-olmyacağı dəqiqləşəcək. Dizindəki xroniki zədə yenidən baş qaldıran Boneventura əməliyyat olunsa, 3-5 ay arası yaşıl meydanlardan uzaqda qalmalı olacaq.
Qeyd edək ki, bu mövsüm "Milan"ın heyətində 8 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.