İtaliyanın "Napoli" klubu yarımmüdafiə xəttini gücləndirmək niyyətindədi. Matç.az saytı xəbər verir ki, A seriyası təmsilçisi İspaniyanın "Atletik" klubunun futbolçusu İker Muniain ilə danışıqlara başlayıb.

Neapollular yarımmüdafiəçinin agenti ilə təmasa keçib. İtaliya klubu 25 yaşlı ispaniyalını yayda heyətinə qatmağı düşünür.

Əlavə xərcə düşmək istəməyən "Napoli" Muniainin müqaviləsi başa çatmasını gözləyir ki, onu azad agent kimi əldə etsin.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest