Noyabrın 23-də 19 yaşadək qızlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Matç.az saytı xəbər verir ki, final mərhələsi Gürcüstanda keçiriləcək AVRO-2020-nin seçmə oyunlarına 48 komanda qatılacaq.
Bu yığmalar İsveçrənin Nyon şəhərindəki tədbirdə 12 qrupa bölünəcək. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Artıq bu 48 komanda UEFA reytinqinə görə 4 səbətə bolunu. Son 4 mövsümün nəticələrinə əsasən əmsalı 5,667-yə bərabər olan Azərbaycan millisi Avropada 28-ci yerdədi. Bu nəticə millimizin C səbətində yer almasına səbəb olub.
A səbəti: İspaniya, Fransa, Almaniya, Hollandiya, Norveç, Danimarka, İsveç, İsveçrə, İtaliya, İngiltərə, Şotlandiya, Finlandiya
B səbəti: Belçika, çexiya, Avstriya, Rusiya, Portuqaliya, İrlandiya, Serbiya, Polşa, Macarıstan, İslandiya, Şimali İrlandiya, Slovakiya
C səbəti: Türkiyə, Sloveniya, Ukrayna, Azərbaycan, İsrail, Yunanıstan, Rumıniya, Belarus, Uels, Xorvatiya, Bosniya və Hersoqovina, Farer adaları
D səbəti: Moldova, Monteneqro, Albaniya, Latviya, Bolqarıstan, Estoniya, Makedoniya, Kipr, Kosovo, Litva, Qazaxıstan, Ermənistan.
Qeyd edək ki, UEFA-nın mövcud qaydalarına görə Azərbaycanla Ermənistan, Ukraynayla Rusiya, Serbiyayla Kosovo, həmçinin Bosniya və Hersoqovina ilə Kosovo eyni qrupa düşə bilməz.