17 yaşadək qızlardan ibarət yığmaların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, komandalar AVRO-2020-nin püşkatmasında məhz bu reytinqə görə səbətlərə bölünüb.

Noyabrın 23-də İsveçrənin Nyon şəhərindəki tədbirdə qitənin 44 komandası iştirak edəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq mərasimdə komandalar 11 qrupa bölünəcək.

3,167 xalla Avropada 34-cü olan Azərbaycan millisi püşkatma zamanı C səbətində yer alacaq. Ən yüksək reytinqli iki komanda – İspaniya və Almaniya mübarizəyə elit-raunddan başlayacaq.

A səbəti: İngiltərə, Norveç, Hollandiya, Fransa, İrlandiya, İsveçrə, İtaliya, Finlandiya, çexiya, Danimarka, Polşa

B səbəti: Avstriya, Belçika, Serbiya, İslandiya, Macarıstan, Şotlandiya, Rusiya, Sloveniya, Portuqaliya, Türkiyə, Yunanıstan

C səbəti: Belarus, Bosniya və Herseqovina, Uels, Slovakiya, Şimali İrlandiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Litva, Azərbaycan, İsrail

D səbəti: Xorvatiya, Monteneqro, Makedoniya, Farer adaları, Latviya, Malta, Estoniya, Qazaxıstan, Moldova, Gürcüstan, Albaniya.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi İsveçdə keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest