14 Noyabr 2018, 11:49
FUTBOL
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Gürcüstana səfərə yollanıb. Matç.az qurumun saytına istinadən xəbər verir ki, assosiasiyanın rəsmiləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyununu izləmək üçün qonşu ölkəyə gediblər.
Onlar U-19-un Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün keçiriləcək ilk oyununu stadiondan izləyəcək. Komandamız Bakı vaxtı ilə saat 14:00-da, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda İsrail yığması ilə üz-üzə gələcək.