İtaliyanın A seriyasında növbəti baş məşqçi dəyişikliyi reallaşıb. Matç.az saytı xəbər verir ki, "Udineze" klubu ispaniyalı Xulio Velaskes və köməkçiləri ilə yollarını ayırıb.

37 yaşlı ispaniyalının istefaya göndərilməsində "Empli"yə 1:2 hesablı məğlubiyyət rol oynayıb. Son 7 turda 1 xal toplayan komandanın baş məşqçi ilə birlikdə Xulian Serrano Ximenes, Migel Visente Baltanas və Mark Kots Yuet də işsiz qalıb.

Udine təmsilçisinin yeni baş məşqçisi isə Davide Nikola olub. "Bari", "Livorno", "Lumettsane" və "Krotone"ni çalışdırmış 45 yaşlı mütəxəssis 2020-ci ilin yayına kimi müqaviləyə imza atıb.

Qeyd edək ki, bir müddət öncə "Kyevo" da baş məşqçi postunda dəyişiklikləri məqsədəuyğun saymışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest