Bu gün Yüksək Liqada IX turun oyunları keçirilib. Matç.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, tur "Neftçi" üçün əlamətdar olub.

Növbəti qələbəsini qazanan lider ən yaxın izləyicisinin xal itirməsindən sonra yerini bir qədər də möhkəmlədib. Eyni zamanda "Yasamal" İSK ilə matçda liderin vurduğu qol tarixə düşüb.

Belə ki, bu matçda qədər aktivində 1599 qol olan "Neftçi" 1600 səddini aşıb. 1600-cü qolu komandanın kapitanı Rüfət Balakişiyev 01:05-də vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest