"Arsenal"ın heyətində ilk qolumu vurdum və komandamız 3 xal qazandı. Elə bil şirin yuxudayam". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın yarımmüdafiəçisi Emil Smit-Rou deyib.
"Topçular"ın Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 18 yaşlı oyunçu əsas komandada qol hesabını açıb. 53-cü dəqiqədə ikinci topa imza atan akademiyanın yetirməsi yerli mətbuata açıqlamasında fikirlərini bölüşüb.
XXI əsrdə dünyaya gəlib "Arsenal"ın heyətində qol vuran ilk oyunçu olan Smit sevincini gizlətməyib: "Bu klubda özümü evimdəki kimi hiss edirəm. Artıq hər gün ulduz futbolçularla birgə məşq edirəm. Hər kəs məni istiqanlı qarşılayır. Burda olduğum üçün çox xoşbəxtəm. "Qarabağ"la matçda da göstərdik ki, hamı meydanda bir-birinə kömək etməyə çalışır".
Qeyd edək ki, Emil Smit-Rou dünənki görüşün 65-ci dəqiqəsində Məsut özillə əvəzlənib.