"Hər oyuna maksimum ciddi yanaşırıq. çünki futbolda asan rəqib yoxsu". Matç.az saytı xəbər verir ki, bunu Kosovo yığmasının futbolçusu Herolind Şala deyib.
Norveçin "Start" klubunda çıxış edən yarımmüdafiəçi Millətlər Liqasının Malta ilə noyabrın 17-də keçiriləcək matç barədə fikirlərini açıqlayıb. D liqasının 3-cü qrupunda Azərbaycan millisini rəqibi olan kosovoluların futbolçusu 1-ci yer uğrunda mübarizədə hər xalın əhəmiyyətli olduğunu bildirib: "Qarşıdakı matça çox yaxşı hazırlaşmışıq. Komandada əla ab-hava hökm sürür. Bizim üçün hər xalın nə dərəcədə vacib olduğunu dərk edirik. Bu üzdən də səfərə qələbə üçün yollanırıq".
Qeyd edək ki, Kosovo millisi noyabrın 17-də səfərdə Malta, 3 gün sonra evdə Azərbaycanla qarşılaşacaq.