15 Noyabr 2018, 14:01
FUTBOL
Azərbaycan millisi Bakı Olimpiya Stadionunda 9-cu oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, noyabrın 17-də keçiriləcək Farer adaları ilə görüşədək yığmamız 8 dəfə ölkənin ən böyük arenasında çıxıb.
Bu stadionda 3 il əvvəl – 2015-ci il noyabrın 17-də debüt edən millimiz indiyədək burada 3 qələbə qazanıb. Hesabında 2 heç-heçə olan yığmamız 3 dəfə məğlubiyyətə üzülüb.
Komandamız BOS-da 9 dəfə rəqib qapısına yol tapıb. Millətlər Liqasının V turunun iki gündən sonrakı görüşündə vurulacaq ilk top yığmanın bu arenadakı 10-cu sevinci olacaq. Qonaq komandalar isə bu stadionda 8 qol vurub.