"Vest Hem"in hücumçusu Marko Arnautoviç klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının Goal.com-a istinadən məlumatına görə, avstriyalı forvard daha böyük klubda oynamaq niyyətindədi.
29 yaşlı futbolçunun menecerliyini edən qardaşı onun üçün təkliflər aldığını açıqlayıb. O, Markonun da çempionlar Liqasında mübarizə aparan klublardan birinə keçməyi arzuladığını gizlətməyib. Hətta futbolçunun ötən il "Stok Siti"dən "Vest Hem"ə 29 milyon avroya keçməsi də futbolçunun başqa kluba transferinə mane olmamalıdı. Hazırda Arnautoviçi heyətinə qatmağa ən yaxın komanda "Mançester Yunayted"di. "Mankunianlar" qış fasiləsində ulduz futbolçunu almaq üçün indidən hərəkətə gəlib.
Qeyd edək ki, Marko Arnautoviç bu mövsüm Premyer Liqada 10 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest