Türkiyə klubu "Kayserispor"a FİFA tərəfindən transfer qadağası qoyulub. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu klubun prezidentinin vəkili Naci Bedir açıqlayıb.

Külli miqdarda borcu olan "sarı-qırmızılılar" qış transfer dönəmində heyətinə oyunçu qata bilməyəcək. Superliqanın aşağı pillələrində qərarlaşan "Kayserispor"un zədəli və cəzalılarının sayının çoxluğu komandanı çətin duruma salıb. Cəzanın səbəbi isə keçmiş futbolçu Adnan Tiqaduiniyə olan 150 min avroluq ödənişin vaxtında edilməməsidi.

Qeyd edək ki, Adnan Tiqaduini 2015-ci ildə "Malaqa"dan icarəyə götürülmüş və "Kayserispor"un heyətində 7 oyunda iştirak etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest