"Yaxşı oyun sərgiləmək və qələbə qazanmaq istəyirdik. 90 dəqiqə bizim üçün çətin keçsə də, son dəqiqələrdə vurduğumuz qollarla qalib gəldik". Matç.az saytının məlumatına görə, bunu "Sportinq"in baş məşqçisi Joze Peseyro deyb.
58 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Vorskla" ilə keçirilən matçı dəyərləndirib. Portuqaliyalı çalışdırıcı səfərdə qazanılan əzmkar (2:1) qələbəyə görə sevindiklərini söyləyib: "Hesabda geridə olarkən də qələbəyə inamımızı itirmədik. "Vorskla"nı gözəl oyuna görə təbrik edirəm. Son dəqiqələrdə qollar buraxaraq məğlub olmağın necə ağır olduğunu bilirəm. Ancaq futbolda belə hallar olur. Bizi gözəl qarşıladıqları üçün onlara təşəkkür edirəm. ümid edirəm ki, "Vorskla" "Arsenal" və "Qarabağ"la matçlarda qələbə qazanar. Onlara uğurlar arzu edirəm".
Qeyd edək ki, 2 turdan sonra E qrupuna "Arsenal" və "Sportinq" 6 xalla başçılıq edir.