"Bu komanda ilə iş barədə ilkin təəssüratlar müsbətdi. Futbolçular məşqdə tələb olunan tapşırıqları yerinə yetirirlər". Matç.az saytı xəbər verir ki, bunu Bosniya və Herseqovinanın U-21 yığmasının məşqçisi Dratsenko Boqdan deyib.

Baş məşqçinin köməkçisi Azərbaycanla noyabrın 19-da keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb: "Onlar öz üzərində çox işləyir ki, bu da sevindiricidi. Bizi futbolçuların səviyyəsi də qane edir. ümid edirik ki, futbolçuların bu nəsli əvvəlkilərin uğurlu inkişafını davam etdirəcək. Azərbaycanla oyunu gözləməyə və izləməyə dəyər. Bu matç futbolçular üçün əla sınaq olacaq".

Qeyd edək ki, Azərbaycan – Bosniya və Hersoqovina matçı Zenitsa şəhərində baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest