16 Noyabr 2018, 16:27
FUTBOL
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa Rəsmi Qonaqpərvərlik Proqramının satışına start verilib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən həyata keçirilən satış başlayıb.
Biznes yerləri üçün nəzərdə tutulan Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündü.
Qeyd edək ki, final görüşü 2019-cu il mayın 29-da keçiriləcək.