İspaniya "Real"ının qapıçısı Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər. Matç.az saytı xəbər verir ki, Madrid təmsilçisinin qolkiperinin "Yuventus"a keçiri gündəmə gəlib.

"Real" rəhbərliyi 31 yaşlı kosta-rikalını "ağ-qaralar"a təklif edib. Bu ilin avqustunda "çelsi"dən transfer olunan Tibo Kurtuanın əvəzləyicisinə çevrilən Navas da klubu tərk etmək niyyətindədi. Onun transfer qiymətinin 18 milyon avro olduğu bildirilir

Qeyd edək ki, Navas cari mövsüm meydana çıxdığı 7 oyunda 7 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest