17 Noyabr 2018, 10:18
FUTBOL
Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, günün ən maraqlı duelində Cənubi Amerika təmsilçiləri Braziliya və Uruqvay üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Neymarın penaltidən vurduğu top "sambaçılar"a qələbə qazandırıb.
Günün maraq doğuran digər oyunlarında Argentina Meksikanı, Kosta-Rika çilini məğlubiyyətə uğradıb.
Yoldaşlıq oyunları
16 noyabr
Yaponiya – Venesuela – 1:1
Pakistan – Fələstin – 1:2
BƏƏ – Boliviya – 0:0
Səudiyyə Ərəbistanı – Yəmən – 1:0
Uruqvay – Braziliya – 0:1
Argentina – Meksika – 2:0
çili – Kosta-Rika – 2:3
Honduras – Panama – 1:0