"Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu". Matç.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət komandalardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd deyib.
O, Avropa çempionatının seçmə qrup mərhələsində bu gün keçirilən Gürcüstanla oyunu barədə fikirləriniı affa.az-a açıqlayıb: "Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadı. çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq".
Qeyd edək ki, yığmamız Gürcüstana 2:1 hesabı ilə qalib gəlib.