İspaniyanın "Barselona" klubunun yay "transfer pəncərəsi" üçün əsas hədəfi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi 2019-cu ilin yayında hollandiyalı Frenki de Yonqu almağa qərar verib.

ölkəsinin yığmasının və Amsterdam "Ayaks"ının 21 yaşlı yarımmüdafiəçisi Serxio Busketsin əvəzləyicisi olmalıdı. 30 yaşlı təcrübəli futbolçunu əvəz edə biləcək oyunçusu olmayan "Barselona" de Yonqu bu mövqeyə ideal namizəd hesab edir.

Qeyd edək ki, Barselonanın eyniadlı təmsilçisi hələ ötən yayda da bu oyunçunu heyətinə qatmaq istəyirdi. Lakin "Ayaks" futbolçusunu satmaq istəməmişdi. Yarımmüdafiəçini "Real", "Yuventus", "Mançester Yunayted" və "Mançester Siti" də heyətində görmək istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest