Azərbaycan millisi Farer adaları ilə bu gün keçirilən oyunda daha bir futbolçusunu itirib. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının V turunun görüşünün gedişində Pavel Paşayev də xəsarət alaraq meydanı tərk edib.

İkinci hissənin ortalarında zədələnən müdafiəçi oyunu davam etdirə bilməyib. Məcbur əvəzləmədən sonra Rahil Məmmədov meydana daxil olub.

Qeyd edək ki, ilk hissədə zədələnən Kamran Ağayev də fasilədə məcburən əvəzlənmişdi. O, yerini Səlahət Ağayevə vermişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest