Kosovonun qonağı olacaq yığmamız indiyədək yalnız bir dəfə bu tarixdə qüvvəsini sınayıb. Bu da 16 il əvvələ təsadüf edib.

Azərbaycan yığması Millətlər Liqasında son oyununu sabah keçirəcək. Matç.az saytı xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz tarixində 2-ci dəfə noyabrın 20-də meydana çıxacaq.

Kosovonun qonağı olacaq yığmamız indiyədək yalnız bir dəfə bu tarixdə qüvvəsini sınayıb. Bu da 16 il əvvələ təsadüf edib.

Komandamız 2002-ci il noyabrın 20-də AVRO-2004-ün seçmə oyununu keçirib. Bakıda Uels yığmasını qəbul edən millimiz meydanı 0:2 hesablı məğlubiyyətlə başa vurub. Görüşdə qolları Qari Spid və Rob Peyc vurub.

Milimizin baş məşqçisi Qurban Qurbanov da həmin qarşılaşmada iştirak edib. Hücumçu kimi meydana çıxan mütəxəssis 90 dəqiqə oyunda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest