"Çox isti duel olacaq. Kosovo çox güclü komandadı və yaxşı futbolçuları var. "Şalke"nin keçmiş oyunçusu Donis Avdiyay da rəqibin heyətindədi. Ancaq biz də inamlı mübarizə aparacağıq"
Azərbaycan yığmasının Millətlər Liqasında Kosovoya qarşı son matçı ilə bağlı "Bild" nəşri məqalə dərc edib. Matç.az saytı xəbər verir ki, həmkarlarımız bu qarşılaşmanın millimiz üçün önəmindən bəhs edib.
Almanlar bu görüşü Qurban Qurbanovun kollektivi üçün tarixi şans hesab edirlər: "Farer adaları üzərindəki qələbədən sonra Azərbaycan yığması tarixi fürsət əldə edib. Əgər Priştinada da qalib gəlsələr, qrup birincisi olacaqlar. Bununla komandanın Aç-2020-yə vəsiqə şansı daha da artacaq. Kiçik bir ölkə üçün bu, böyük uğur olar. III Bundesliqada çıxış edən Rüfət Dadaşov isə sabah ölkəsinin qəhrəmanına çevrilə bilər. Bunun üçün Azərbaycanı qələbəyə daşıyan qol və ya qollar vurmalıdı.
Adıçəkilən sayta açıqlama verən yığmamızın hücumçusu Rüfət Dadaşov da səfərə iddalı yollandıqlarını söyləyib: "çox isti duel olacaq. Kosovo çox güclü komandadı və yaxşı futbolçuları var. "Şalke"nin keçmiş oyunçusu Donis Avdiyay da rəqibin heyətindədi. Ancaq biz də inamlı mübarizə aparacağıq".
Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.