19 Noyabr 2018, 14:40
FUTBOL
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XI turun təyinatları açıqlanıb. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, noyabrın 21-də keçiriləcək iki oyunun hakimləri müəyyənləşib.
"Olimpik Star"da baş tutacaq turun görüşlərini Rahin Heybətov və Elçin Səmədli idarə edəcək.
Qeyd edək ki, "Neftçi" İK – "Liman" oyunu hər iki komandanın razılığı ilə qeyri-müəyyən vaxta təxirə salınıb.
Yüksək Liqa
XI tur, 21 noyabr
14:30. "Araz" – "Yasamal" İSK
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov
Hakim-inspektor: Asim Xudiyev
"Olimpik Star"
16:30. EKOL – "Xəzər Cənub"
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azər Əsgərov
Hakim-inspektor: Murad Məmmədov
"Olimpik Star"