Avropa Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermənin qalibi açıqlanıb.

PAOK-un futbolçusu Leo Jaba Lima ən yaxşı seçilib. BATE ilə qarşılaşmda dubla imza atan braziliyalı 4:1 hesablı qələbədə pay sahibi olub.

O, səsvermədə Alfredo Morelos ("Reyncers"), Patrik Kutrone ("Milan") və İslam Slimanini ("Fənərbaxça") arxada qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest