20 Noyabr 2018, 09:10
PARİS-2024
"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisində növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçi Millətlər Liqasının VI turunun iştirakçısı olub.
Slavçev Sloveniya ilə ev qarşılaşmasında meydana çıxıb. Start heyətində yer alan Simeon görüşü əvəzolunmadan keçirib. O, 90+4-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bolqarıstan – Sloveniya oyunu 1:1 hesabı ilə başa çatıb. Simeonun komandası C liqasının 3-cü qrupunda 2-ci yeri tutub.
Qeyd edək ki, yarımmüdafiəçi turnirdə keçirdiyi 5 matçda 410 dəqiqə meydanda olub və 2 sarı vərəqə alıb.