Millətlər Liqasının axırıncı matçında Azərbaycan millisini qəbul edəcək Kosovo oyunöncəsi son məşqini keçib. Matç.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Bernar Şalland hazırlıq zamanı bir neçə məqamlara üstünlük verib.
Məşq zamanı meydan sahibləri əks-hücumlar və pressinq üzərində çalışıblar. Həmçinin standart vəziyyətlər, künc zərbələri zamanı ucaboylu futbolçular başla qapıya zərbə vurmağa çalışıblar. Bütün futbolçuların sağlam və yüksək əhval-ruhiyyədə olması yerli KİV-in diqqətindən yayınmayıb. Məşqi Kosovo Futbol Federasiyasının prezidenti Agim Ademi, vitse-prezidenti Bakir Buri və nümayəndəsi Mirsad çollaku da izləyib.
Qeyd edək ki, bu gün Priştina şəhərinin "Fadil Fokrri" stadionunda keçiriləcək Kosovo – Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.