20 Noyabr 2018, 15:40
PARİS-2024
Millətlər Liqasının Kosovo ilə bu gün keçiriləcək oyunu Azərbaycan yığmasının bəzi futbolçuları üçün yubileylə əlamətdar olacaq. Matç.az saytı xəbər veirr ki, bu oyunçular millinin formasında yubiley qarşılaşmasına çıxa bilər.
Yubiley gözləyənlər arasında Əfran İsmayılov liderdi. O, 40-cı oyununun astanasındadı. Rüfət Dadaşovun hesabında 19 oyun var və meydana çıxmaqla 20-yə çatacaq.
üç oyunçu isə 10-cu dəfə milli forma geyinə bilər. Bunlar Təmkin Xəlilzadə, ürfan Abbasov və Emin Mahmudovdu.
Qeyd edək ki, D liqasının 3-cü qrupunun VI turunun oyunu saat 23:45-də başlayacaq.