"Gəncə şəhərində yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq xəsarət almış insanlara şəfa, dünyasını dəyişən həmvətənlərimizə isə Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk". Matç.az saytı xəbər verir ki, bunu Azərbaycanın U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.

Avropa çempionatının seçmə mərhələsinin Lixtenşteynlə görüşündən sonra AFFA-nın saytına açıqlama verən çalışdırıcı elit-rauna vəsiqə qazanılmasına şərh verib: "Bu gün növbəti mərhələyə vəsiqə qazanmışıqsa, deməli, hər şeyi düzgün etmişik. Komandanın üzərində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Turnirin əvvəlində də demişdim, yenə təkrar edirəm, heyətimizdə yer alan bütün futbolçulara inanırdım, inanıram və qələbə münasibəti ilə hər birini təbrik edirəm, onlarla qürur duyuram. Bu mərhələnin oyunlarına 11 aydı hazırlşırdıq. Komandamızın hər bir üzvü mərhələ adlamaq üçün çox istəkli idi. Hər oyundan sonra istəyimizə çatacağımıza inanırdıq. Bu uğurun qazanılmasında klublarda çalışan məşqçilərin də əməyi böyükdür. Onlara da çox sağ olun, deyirəm. Ancaq görüləsi işlərimiz də az deyil".

çalışdırıcı 3:0 hesablı qələbə qazanıldığı oyun haqda da danışıb: "Lixtenşteynlə qarşılaşmaya gəldikdə, qeyd edim ki, hər bir rəqiblə oyuna fərqli taktika ilə çıxmışdıq. Bugünkü oyunla bərabər paralel keçirilən matçın nəticəsi də mərhələni adlamaq baxımından əhəmiyyətli idi. Ancaq uşaqlara dedim ki, siz oyununuzu oynayın, qələbənizi qazanın. Gürcüstan – İsrail oyunu barədə isə onlara matç ərzində heç bir məlumat vermədik. Yekun biz istəyən kimi oldu. Əlbəttə, turnir həm məşqçilər, həm də futbolçular üçün böyük təcrübə oldu". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest