"Hər iki oyuna baxsaq, demək lazımdı ki, Azərbaycan güclü rəqib idi. Lakin nəticə göz önündədi. Biz Azərbaycandan daha güclüyük və həlledici mərhələyə çıxmağa da layiq idik"
"Burda, Priştinada istənilən komandaya problem yaşada biləcək gücdəyik. Bunda azarkeşlərimizin rolunu da danmaq olmaz". Matç.az saytı xəbər verir ki, bunu Kosovo yığmasının yarımmüdafiəçisi Hekuran Kryueziu deyib.
26 yaşlı futbolçu Millətlər Liqasının qrup mərhələsində Azərbaycan üzərində qələbəni şərh edib. O, yerli mətbuata açıqlamasında bəzi problemlər yaşadıqlarını gizlətməyib: "Oyundan və nəticədən razıyam. İlk 20 dəqiqədən sonra bəzi problemlər yaşadıq. Bununla belə, qapımız qarşısında riskli, təhlükəli vəziyyətlərlə üzləşmədik. İkinci hissə isə tam istədiyimiz kimi alındı. öz meydanımızda oynamağın da bunda təsiri oldu. Azarkeşlərimizdən fantastik dəstək aldıq. Start fitindən son dəqiqəyə qədər olan bu cür dəstəyi heç vaxt görməmişdim. Qələbəmizi onlara həsr edirik".
Kryueziu özlərini yığmamızla da müqayisə edib: "Hər iki oyuna baxsaq, demək lazımdı ki, Azərbaycan güclü rəqib idi. Lakin nəticə göz önündədi. Biz Azərbaycandan daha güclüyük və həlledici mərhələyə çıxmağa da layiq idik. Təbii ki, pley-off mərhələsindəki rəqiblər daha güclü olacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Etiraf etmək lazımdı ki, Millətlər Liqasındakı rəqiblər güclü deyildi. Avropa çempionatının seçmə mərhələsində isə çox çətin oyunlar olacaq".
Qeyd edək ki, millimiz üzərində 4:0 hesabı ilə qalib gələn Kosovo qrup birincisi kimi, pley-off mərhələsinə adlayıb.