"Keşlə"nin futbolçusu Edvinas Girdvainis Litva yığmasının heyətində növbəti oyununa çıxıb. Matç.az saytının məlumatına görə, komanda C Liqasının 4-cü qrupunda son matçını keçirib.

Litvalılar səfərdə Serbiya ilə qarşılaşıb və böyükhesablı məğlubiyyətə düçar olub – 1:4. Start heyətində meydana daxil olan və oyunu əvəzedilmədən keçirən Girdvainis 54-cü dəqiqədə sarı vərəqə alıb.

Keçirdiyi 6 oyunun hamısında məğlub olan Litvadan fərqli, Serbiya 14 xalla qrupu birinci pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest