21 Noyabr 2018, 11:35
PARİS-2024
Azərbaycan millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Matç.az saytı xəbər verir ki, son 6 qarşılaşmada uduzmamaqla tarixinin rekordunu təkrarlayan yığmamız Millətlər Liqasının Kosovo ilə oyununda məğlub olub.
0:4 hesablı darmadağına üzülən Qurban Qurbanovun yetirmələri 168 gündən sonra uduzub. Komandamızın son məğlubiyyəti də böyük hesabla və səfərdə olmuşdu.
İyunun 5-də millimiz Astanada Qazaxıstandan 3 cavabsız qol buraxmışdı. Sonrakı 6 görüşdə isə komandamız 3 qələbə və 3 heç-heçə əldə etmişdi.
Millimiz yoxlama oyununda Latviyanı 3:1, Millətlər Liqasında iki dəfə Farer adalarını yenməyi bacarmışdı – 3:0, 2:0. Malta ilə iki dəfə 1:1 hesablı heç-heçə edən yığmamız Kosovo ilə qolsuz sülh bağlamışdı.